Qol.Az

"Güləşçi olsam da, həddindən artıq futbola meylliyəm" - Toğrul Əsgərov


 

"Güləşçi olsam da, həddindən artıq futbola meylliyəm" - <b style="color:red"> Toğrul Əsgərov</b> “Mənim “Kəpəz”in azarkeşi olduğum sirr deyil. Odur ki, komandanın çıxışlarını yaxından izləyirəm. Mütamadi olaraq mətbuat və xüsusən də, dost-tanışdan klubla bağlı məlumatları alıram”.

Qol.az-ın xəbərinə görə, bu sözləri Olimpiya çempionu Toğrul Əsgərov “Kəpəz”in rəsmi saytına açıqlamasında deyib.

Sərbəst güləşçi “Kəpəz”in  nəticələrinə də toxunub: “Yeni ilin ilk oyunlarında “Kəpəz” özünü yaxşı tərəfdən göstərə bilmədi. Ardıcıl məğlubiyyətlər oldu. Əslində idmanda belə şeylər başa düşüləndir. Hər bir komandanın, idmançının uğursuzluq zolağına düşdüyü vaxt olub. Əsas olan belə vəziyyətdən tezliklə çıxmaqdır. Şükürlər olsun ki, komanda özünə gəlib toparlanmağı bacardı. Son oyunlar da göstərdi ki, “Kəpəz” dirçəlib. “Qəbələ” üzərində qazanılan qələbə lap möhtəşəm idi”.
 
“Kəpəz”in idmançı azarkeşləri arasında ən titullusu olan Əsgərov fanatlardən də bəhs edib: “Gəncədə futbol bir nömrəli idman növüdür. Bunu hamı yaxşı bilir. Ev oyunlarında stadiona çoxlu sayda azarkeş gəlir. Tamaşaçı komandanı ruhlandırır, qələbəyə səsləyir. Özüm güləşçi olsam da, həddindən artıq futbola meylliyəm. Yadınızdadırsa, bir dəfə sizə demişdim ki, güləşi seçməsəydim, çox güman futbolçu olardım. Futbol oynamaqdan doymuram. Həftədə 2-3 dəfə uşaqlarla yığışıb oynayırıq. Biz gəncəlilərin ürəyi futbolla döyünür. Oyun olan günlər şəhərdə canlanma hiss olunur. Hamı stadiona doğru axışır. İndi hamımızın arzusu “Kəpəz”in ötən mövsüm olduğu kimi yenə Avropa Liqasına vəsiqə qazanmasıdır. Şansımız var və bundan istifadə etməliyik”.
 





21.04.2017    çap et  çap et