İngiltərə Peşəkar Futbolçular Birliyi ölkə çempionatında bu mövsümün rəmzi komandasını elan edib.
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahıda ən çox “Çelsi” və “Tottenhem” futbolçuları (4) yer alıb.
Ən yaxşı 11-liyə aşağıda adları qeyd olunan oyunçular daxil edilib.
Qapıçı: David De Xea ("Mançester Yunayted")
Müdafiəçilər: Kayl Uolker, Denni Rouz (hər ikisi "Tottenhem"), David Luis, Qari Kehill (hər iksi "Çelsi")
Yarımmüdafiəçilər: N’Qolo Kante ("Çelsi"), Dele Alli ("Tottenhem"), Eden Azar ("Çelsi"), Sadio Mane ("Liverpul")
Hücumçular: Harri Keyn ("Tottenhem"), Romelu Lukaku ("Everton")