Qol.Az

Beyl məşqlərə başladı


 

Beyl məşqlərə başladı

"Real"ın futbolçusu Qaret Beyl zədəsini sağaldıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 27 yaşlı yarımmüdafiəçi bu gün komanda ilə ümumi məşqlərə başlayıb. Onun La Liqanın 33-cü turunda "Barselona"ya qarşı oynayıb-oynamayacağı tam dəqiqləşməyib.

Qeyd edək ki, Q.Beyl ÇL-in 1/4 finalında "Bavariya" ilə ilk oyunda zədələnmişdi. O, zədə səbəbindən iki oyunu buraxıb.

 





20.04.2017    çap et  çap et