Qol.Az

Türkiyə klubundan Con Terriyə təklif


 

Türkiyə klubundan Con Terriyə təklif Türkiyənin “Antalyaspor” klubu “Çelsi”nin futbolçusu Con Terrini transfer edə bilər.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, klub mövsümün sonunda “Çelsi”dən ayrılacağını açıqlayan 36 yaşlı müdafiəçiyə yaxın günlərdə təklif göndərəcək.

Təcrübəli futbolçu ilə "Antalyaspor"dan başqa  ABŞ, Çin və Qətər klubları da maraqlanır.

Qeyd edək ki, “Çelsi”nin yetirməsi olan  C. Terri 1995-ci ildən "zadəganlar"ın  şərəfini qoruyur.
 





20.04.2017    çap et  çap et