Qol.Az

Qriqorçuk millini çalışdırmaqdan imtina edib


 

Qriqorçuk millini çalışdırmaqdan imtina edib

"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya millisini çalışdırmaq üçün təklif alıbmış.

Qol.az-ın xəbərinə görə, bu barədə Latviya Futbol Federasiyasının baş katibi Yanis Mehetskis yerli mətbuata müsahibəsində deyib:

"Qriqorçuk klubda çalışmağın onun üçün daha rahat olduğunu əsas gətirərək təklifimizi qəbul etmədi ".

Qeyd edək ki, R. Qriqorçuk 2015-ci ildən "Qəbələ"nin çalışdırır.

Latviya Futbol Federasiya millinin baş məşqçisi vəzifəsinə 2011/12 mövsümündə “Bakı”nı çalışdırmış Aleksandr Starkovu gətirib.

 





20.04.2017    çap et  çap et