Qol.Az

"Favorit deyilik" - Leonardo Jardim


 

"Favorit deyilik" - <b style="color:red">Leonardo Jardim</b>

"Hələ heç nə qazanmamışıq. Ancaq tarix yazdıq. İlk dəfə biz üçüncü təsnifat mərhələsindən yarımfinala kimi yüksələn ilk komanda olduq".

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Monako"nun baş məşqçisi Leonardo Jardim Çempionlar Liqasının 1/4 finalında "Borussiya"ya (Dortmund) 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O, Dortmund təmsilçisinin böyük klub olduğunu bildirib: "20 dəqiqə ərzində rəqibə təzyiq göstərdik. Layiqli qələbə qazandıq".

J.Jardim yarımfinalda hansı komanda ilə qarşılaşaqlarının onun üçün fərqi olmadığını  deyib: "Hər hansı seçim edə bilmərəm. Çünki çox güclü 3 komanda var. Bütün yarımfinalçılar kuboku qazana bilər. Favorit deyilik, amma əzmkar mübarizə aparacağıq".

 





20.04.2017    çap et  çap et