Qol.Az

"Atletiko"da ciddi itki


 

"Atletiko"da ciddi itki

"Atletiko"nun futbolçusu Xuanfran zədələnib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sağ ombasının əzələsindən zədə alan 32 yaşlı müdafiəçinin Çempionlar Liqasının yarımfinal oyununa kimi hazır olmayacağı bildirilib.

Onun bərpa müddəti dəqiq olaraq yaxın vaxtlarda müəyyənləşəcək.

Qeyd edək ki, ÇL-də yarımfinalın püşkü aprelin 21-i atılacaq. "Yuventus", "Real" və ya "Monako" bu mərhələdə "Atletiko"nun rəqibi olacaq.

 





20.04.2017    çap et  çap et