Qol.Az

"Yarımfinala hazır idik..." - Tomas Tuxel


 

"Yarımfinala hazır idik..." - <b style="color:red">Tomas Tuxel</b>

"Oyuna yaxşı başladıq. Bir neçə dəfə qol epizodları yaratdıq, amm fərqlənə bilmədik. Ötürmələrdə çox səhv etdik. Bu cür səviyyəli turnirlədə belə səhvlər etmək yolverilməzdir".

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Dortmund "Borussiya"sının baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 finalında "Monako"ya 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"İkinci hissədə oyuna nəzarət etməyə çalışdıq. Ancaq yenə fərqlənə bilmədik. "Monako" bizdən daha güclü idi" - deyə o bildirib.

O, Almaniyada klubun avtobusunun yaxınlığında baş verən partlayışın oyunçuların çıxışına təsir etdiyini vurğulayıb: "Bu hadisənin üstündən cəmi 8 gün keçib. Buna görə də oyunçularım üçün oynamaq çətin idi. Partlayış baş vermədən öncə yarımfinala yüksəlməyə hazır idi. Ancaq vəziyyət dramatik şəkildə dəyişdi".

 





20.04.2017    çap et  çap et