Qol.Az

"Tezliklə "Qarabağ"la yeni müqavilə imzalayacam" - Aqolli


 

"Tezliklə "Qarabağ"la yeni müqavilə imzalayacam" - <b style="color:red"> Aqolli </b> "Qarabağ"ın futbolçusu Ansi Aqolli komandası ilə yeni müqavilə imzalayacaq.

Qol.az-ın xəbərinə görə, bunu albaniyalı müdafiəçi ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, daha bir il Ağdam klubunda oynayacağını bildirib: "Karyeramla bağlı qərarımı vermişəm. Tezliklə "Qarabağ"la yeni müqavilə imzalayacam. Komandamızın hədəfi bəllidir: kubou qazanmaq və Çempionlar Liqasında uğurlu çıxış etmək. Əlimdən gələni edəcəm ki, hədəfə çatmaqda komandama kömək edim".

Qeyd edək ki, Albaniya milisinin kapitanı olan 34 yaşlı futbolçu 2011-ci ildən "Qarabağ"da çıxış edir. O, Ağdam klubunun heyətində 4 dəfə çempionluq sevinci yaşayıb.
 





19.04.2017    çap et  çap et