Qol.Az
Kamran “Boavişta”dan göndərildi - rəsmi
Porutuqaliyanın “Boavişta” klubu milli komandamızın qapıçısı Kamran Ağayevlə yolları ayırıb.
Qol.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
31 yaşlı qolkiperlə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə qarşılıqlı razıkaşma ilə pozulub.
Qeyd edək ki, mövsümün əvvəlindən “Boavişta”da çıxış edən Kamran Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda meydana çıxıb.
17.04.2017
çap et