Qol.Az

Rəşad Sadıqovdan çempionluq açıqlamaları


 

Rəşad Sadıqovdan çempionluq açıqlamaları

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqada 2016/17 mövsümünün sonuna 2 tur qalmış çempionluğu təmin etdikləri oyundan sonra fikirklərini açıqlayıb.

Qol.az xəbər verir ki, Premyer Liqanın 26-cı turunda "İnter"lə səfər matçında 3:0 hesablı qələbədəb sonra Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
 
- Sevindirici haldır ki, çempion olduq. Bu il bu uğuru qazanmaq çox çətin oldu. "Qəbələ" gözəl və layiqli bir mübarizə apardı. Hər iki komanda çempionluğa layiq idi. Sonda biz daha dəqiq olduq və lazım olan xalları qazandıq.
 
- "Qəbələ"nin Gəncədə uduzacağını gözləyirdiniz?

- Bu haqda qəti düşünmürdük. Bunu gözləmirdik. Oyundan əvvəl paltardəyişmə otağında bildik ki, "Qəbələ" uduzub. Bizim üçün bu, motivasiya oldu. "İnter"lə də aramızda idman prinsipi var idi. Bu mövsüm bu rəqibi məğlub edə bilməmişdik. Çox ciddi hazırlaşmışdıq. Şükürlər olsun ki, həm qələbə qazandıq, həm də çempion olduq.
 
- "İnter"dən revanş almaq üçün alışıb-yanırdınız?

- Qəti olaraq onlardan revanş almaq fikrimiz yox idi. "İnter" çətin günlər keçirsə də, çempionata rəng qatır. Oyun belə alındı. Bizdə belə istək yox idi ki, rəqibdən qisas alaq.
 
- “Qarabağ”da dördüncü çempionluğu qazandınız. Hansı daha şirindi?

- Hamısının öz yeri var. Budəfəki çempionluq daha çətin qazanıldı. Bu mövsüm çox çətinliklər yaşadıq. İtkilərimiz də çox oldu. Çempionatın qırılma nöqtəsi o oldu ki, “Qəbələ” 4 oyuna 3 heç-heçə etdi, halbuki bizdən 6 xal öndə idilər. Çətin çempionluq oldu. Fikirləşməzdim ki, sona 2 tur qalmış çempion olacağıq.
 
- "Qızıl dubl" edə biləcəksiniz?     

- Heç vaxt qarşımıza məqsəd qoyulmayıb. Daha da inkişaf etmək və irəli getmək istəyirik. Əsas gözəl oyun nümayiş etdirməkdir.
 
- Artıq Çempionlar Liqası barədə düşünmək olar?

- Kubokun finalından sonra hə, düşünmək olar.

 





16.04.2017    çap et  çap et