Qol.Az

Qurban Qurbanovun komandasından tarixi göstərici


 

Qurban Qurbanovun komandasından tarixi göstərici

“Qarabağ” Azərbaycan çempionatları tarixində bir ilkə imza atıb.

Qol.az-ın xəbərinə görə, bu gün “İnter”lə oyunda qalib gələn Ağdam klubu sona 2 tur qalmış növbəti - 5-ci çempionluğunu rəsmiləşdirib. Bundan başqa, “Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında ardıcıl dördüncü dəfə Azərbaycan çempionu olan birinci klub olub.

Ümumilikdə, 1992-ci ildən bəri keçirilən Azərbaycan çempionatları tarixində ən çox (8 dəfə) çempion adını “Neftçi” qazanıb. “Qarabağ” 5, “Kəpəz” 3, “Şəmkir”, “Bakı” və “İnter” hərəyə 2, “Turan” və “Xəzər Lənkəran” isə hərəyə 1 dəfə qızıl medallara yiyələnib.

2002/2003 mövsümündə AFFA və klublar arasında yaranan münaqişəyə görə çempionat keçirilməyib.

 





16.04.2017    çap et  çap et