Qol.Az

AZAL-ın Premyer Liqanı tərk edəcəyi qətiləşdi


 

AZAL-ın Premyer Liqanı tərk edəcəyi qətiləşdi

Bu mövsüm AZAL-ın Topaz Premyer Liqada sonuncu – 8-ci yeri tutacağı qətiləşib.

Qol.az-ın xəbərinə görə, Tərlan Əhmədovun komandasının bu gün “İnter”ə 1:2 hesablı məğlubiyyətindən sonra yüksək liqanı tərk edəcəyi dəqiqləşib. “Təyyarəçilər” bundan sonra keçirəcəyi 4 oyunun hamısında qələbə qazansa belə, sonuncu pilləni tərk edə bilməyəcək.

Qeyd edək ki, hazırda 8-ci pillədə qərarlaşan AZAL-ın 24 oyundan 10, 7-ci yerdə qəraralaşan “Kəpəz”in isə 23 oyundan 24 xalı var.

2016/17 mövsümü Topaz Premyer Liqanın əsasnaməsinə görə, çempionatda sonuncu yeri tutan komanda yüksək liqanı tərk edir.

 





02.04.2017    çap et  çap et