Qol.Az

Mançester derbisinin vaxtı açıqlandı


 

Mançester derbisinin vaxtı açıqlandı “Siti” və “Yunayted” rəhbərliyi Mançester derbisinin keçirilmə vaxtı ilə bağlı razılığa gəliblər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Mançester Siti” “Qırmızı şeytanlar”ı aprelin 27-də, cümə axşamı qəbul edəcək.

Bu oyun fevralın 26-da keçirilməli olsa da, “Mançester Yunayted”in İngiltərə Liqa kubokunun finalına çıxması səbəbindən təxirə düşmüşdü.

Qeyd edək ki, sonuncu dəfə cümə axşamında Mançester derbisi 23 il əvvəl olub və həmin matçda “Yunayted” rəqibini 5:0 hesabı ilə darmadağın edib.
 





21.03.2017    çap et  çap et