Qol.Az

Hakim bu penaltiyə görə futboldan ömürlük uzaqlaşdırıldı – Video


 

Hakim bu penaltiyə görə futboldan ömürlük uzaqlaşdırıldı –<b style="color:red"> Video</b> Qanalı hakim Jozef Lampti futboldan ömürlük uzaqlaşdırılıb.

Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, DÇ-2018-in seçmə mərhələsində Cənubi Afrika - Seneqal oyununda kobud səhvə yol verdiyi üçün bu cəzaya məruz qalıb.

Meydan sahibləri 2:1 hesabı ilə qalib gəldikləri oyunda ilk qolu hakimin yanlış qərarı ilə təyin edilən penaltidən vurub.

Ötən ilin noyabrında keçirilən oyunu araşdıran FİFA-nın Nizam İntizam Komitəsi 43 yaşlı referini ömürlük futboldan uzaqlaşdırıb. Buna səbəb kimi, həmin hakimin danışılmış oyunlarda iştirakı göstərilir.


 





20.03.2017    çap et  çap et