Qol.Az

"Arsenal"dan Tuhel açıqlaması


 

"Arsenal"dan Tuhel açıqlaması Dortmund “Borussiya”sının baş məşqçisi Tomas Tuhelin “Arsenal”ı çalışdıracağı haqda yayılan xəbərlər həqiqətə uyğun deyil.

Qol.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatına London klubunun adı çəkilməyən nümayəndəsi açıqlama verib

“Bu, düzgün xəbər deyil. Vengerin “Arsenal”dakı gələcək taleyi haqda hələ qərar verilməyib. Bunun üçün vaxt lazımdır” – deyə o bildirib.

Qeyd edək ki, Almaniyanın “Bild” nəşri Tomas Tuhelin Arsen Vengeri əvəzləyəcəyini yazmışdı.
 





20.03.2017    çap et  çap et