Qol.Az

"Qəbələ" ardıcıl 4-cü mövsüm avrokuboklarda


 

"Qəbələ" ardıcıl 4-cü mövsüm avrokuboklarda

Topaz Premyer Liqasının 2016/17 mövsümünün daha bir mükafatçısı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, “Qarabağ”ın ardından “Qəbələ” də ilk “üçlük”də yerini təmin edib. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun komandası 4-cü pillədə qərarlaşan “Zirə” üçün əlçatmaz olub. Sonuncular “Qarabağ”la qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb.

Hazırda “Qarabağ”dan 2 xal geridə qərarlaşan “Qəbələ”nin 47, 3-cü olan “İnter”in 39 xalı varsa, “Zirə” 30 xala malikdir.

İlk “üçlük”dəki yer avrokuboklara vəsiqə verdiyi üçün “Qəbələ” qitə kuboklarında iştirakını da təmin edib. Komanda ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, "Qəbələ" bundan əvvəki 3 mövsümü 3-cü pillədə başa vurub.

 





20.03.2017    çap et  çap et