Qol.Az

“Əsas odur ki, ümidimizi itirməyək" - Əfran İsmayılov


 

“Əsas odur ki, ümidimizi itirməyək" - <b style="color:red">Əfran İsmayılov</b>

“Maraqlı, gərgin oyun keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Əlimizə düşən qol şanslarından istifadə edə bilmədik. Ona görə bir xala razı olduq. Biz qarşıdakı oyunlarımızda qələbə qazansaq, hər şey qaydasına düşəcək”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqanın 23-cü turunda “Zirə” ilə  oyundan (0:0) sonra deyib.

O, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Almaniya oyunu haqda da danışdı:

“Əsas odur ki, ümidimizi itirməyək, bir yerdə olaq.  Hamını stadiona dəvət edirəm. Nəyimiz varsa, ortaya qoyacağıq. Nə olacaqsa, olacaq. Arada həqiqətən də böyük fərq var. Əlimizdən gələni etməyə çalışacağıq. Deyirlər ki, almanlar qapımıza "dolduracaq", elə edəcək, belə edəcək. İstədiyimiz oyunu meydanda gerçəkləşdirə bilsək, bizim üçün yaxşı olacaq”.

 





20.03.2017    çap et  çap et