Qol.Az

“Oynamağa imkan vermədilər” – Maksim Medvedyev


 

“Oynamağa imkan vermədilər” – <b style="color:red"> Maksim Medvedyev </b>

“Qarabağ” futbolçusu Maksim Medvedyev Topaz Premyer Liqanın 23-cü turunda “Zirə” ilə  oyundan (0:0) sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Hiss olundu ki, axırıncı söhbətlərdən sonra  "Zirə" bizə qarşı çox ciddi hazırlaşıb. Onları başa düşürük. Biz də istəməzdik ki, belə söz-söhbətlər olsun.

- Hansı söhbətləri nəzərdə tutursan?

- Mediadan oxumuşam ki, guya qardaşlıqdı, nədi. Gördüyünüz kimi, bizə oynamağa imkan vermədilər,

- Qələbə qazanmağınız üçün nə çatmadı?

- Sadəcə, qol çatmadı. Xeyli real qol imkanımız olsa da, bundan yararlana bilmədik. Bir qol vursaydıq, ”Zirə" fərqli futbol oyanacaqdı. Hesab açılmadığı üçün qapalı oynadılar.

- Oyunun sonlarında “Zirə”nin futbolçusu qırmızı vərəqə aldı və 10 nəfərlə mübarizə apardılar. Lakin yenə qol vura bilmədiniz.

- Rəqib  azlıqda qaldıqdan sonra hücuma çıxmadı və müdafiədə daha da yaxşı oynadı. 11 nəfərlə olanda komanda başqa cür oyun göstərir. Amma bir nəfər əksik olduqda məşqçi meydana hücumçunun yerinə müdafiəçi buraxır və komanda tam olaraq geriyə çəkilir. Buna görə də qol vura bilmədik.

- “Qəbələ” bu gün AZAL-la heç-heçə etdi, iki xal itirdi. Qələbə qazansaydız, liderliyinizi daha da möhkəmləndirə bilərdiniz.

- Bu məlumatı oyun başlayanda aldım. Həmin matçdakı nəticənin bizə hansısa təsir etdiyini deməzdim. İlk hissəyə baxa bildik. Komanda yoldaşlarımın çoxu nəticəni bəlkə də indi öyrənirlər.

- “Qəbələ” ilə apreldəki oyunu final adlandırmaq olarmı?

- Final oyunu deməzdim, qarşıda hələ çox oyun var. Hər tur nəticələr dəyişə bilər.

Məftun RƏSULZADƏ

 





20.03.2017    çap et  çap et