Qol.Az

“Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq” – Ayxan Abbasov


 

“Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq” – <b style="color:red">Ayxan Abbasov</b>

“Qarabağ”a qarşı oynamaq çox çətin idi. Amma rəqibi analiz etmişdik və matça ciddi hazırlaşmışdıq. Futbolçularıma rəqibi sıxmağı tapşırmışdım və bunun öhdəsindən gəlməyi
bacardıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqanın 23-cü turunda “Qarabağ”a qarşı oyundan (0:0) sonra bildirib.

- Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin oldu. Futbolçularımızın sona qədər  mübarizə aparmağı çox sevindirici idi. Qarşıda fasilə var və bundan istifadə edib, daha yaxşı olmağa çalışacağıq.

- Bu gün komandanız çox istəkli idi. Bunu “Neftçi”nin turnir cədvəlində sizə yaxınlaşması ilə əlaqələndirmək olar?

- Mən əvvəl də demişəm ki, çempionatda mübarizə çox çətin olacaq. Bu gün məğlub olsaydıq, bizim üçün çətin olacaqdı. Futbolçularımda istək var və çalışacağıq ki, bunu sona qədər davam etdirək.

- Oyunun gedişində futbolçularınız bir-biri ilə mübahisə edirdilər...

- Bunu mübahisə kimi dəyərləndirmirəm. Komandamızda əsas məsələ intizamı qorumaqdır. Amma oyun zamanı bunlar olan şeylərdir.

- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Həmin oyun haqda nə deyə bilərsiniz?

- Bizim üçün bütün oyunlar eynidir. “Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq. Bütün oyunlarda olduğu kimi, “Qəbələ” ilə oyuna da qələbə üçün çıxacağıq.

 





19.03.2017    çap et  çap et