Qol.Az

“Hamının qarşısında başımız ucadır, heç kimdən utanmırıq” – Qurban Qurbanov


 

“Hamının qarşısında başımız ucadır, heç kimdən utanmırıq” – <b style="color:red">Qurban Qurbanov</b>

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 23-cü turunda “Zirə”yə qarşı oyunundan (0:0) sonra mətbuat konfransı keçirib.

Qol.az-n xəbərinə görə, o, matçla bağlı fikirlərini bildirib:


- Maraqlı oyun alındı. Məncə, yalnız qol çatışmadı. “Zirə”yə uğurlar arzu edirəm, bizə qarşı layiqli mübarizə apardılar. Futbolçularımdan razı qaldım. Bundan sonra futbolçularımız millinin düşərgəsinə gedəcəklər, onlara uğurlar arzu edirəm.

- Fasilə ərəfəsində yoxlama oyunu keçirməyi düşünmürsünüz?

- Ən azı 1 oyun oynamağa çalışacağıq. Amma tam heyətlə olmayacağıq. Çalışacağıq ki, əvəzedici komandadan futbolçular götürüb, 1 yoxlama oyunu keçirək.

- “Qarabağ”ın futbolçuları Almaniya ilə oyunda milliyə nə qədər xeyir verə bilərlər?

- Məncə, Əfran yaxşı oynadı, amma son dəqiqələrdə yoruldu. Əfranın göstərdiyi oyundan çox razı qaldım. Ümumilikdə, futbolçularımın durumu pis deyil, özünüz gördünüz. Düşünürəm ki, futbolçularım milliyə xeyir verə biləcəklər.

- “Zirə” bu  gün yaxşı mübarizə apardı. Bəlkə “Zirə” “Qarabağ”a yaxın olmadığını sübut etmək istəyirdi...

- “Zirə” – “Qarabağ”yaxınlığına görə sübut olunası bir şey yoxdur. Bizdən də yaxın komandalar olub və biz bunu heç vaxt qabartmamışıq. Düşünmürəm ki, “Qəbələ” xal itirdiyinə görə futbolçularımda arxayınlıq var idi. Oyunlarımızın sayı azalır. Bundan sonra da hər matçda qələbə qazanmağa çalışacağıq. Yenə deyirəm, hamının qarşısında başımız ucadır, heç kimdən utanmırıq.

 





19.03.2017    çap et  çap et