Qol.Az

Cavid niyə oynamayıb?


 

Cavid niyə oynamayıb?

“Qəbələ”nin futbolçusu Cavid Hüseynovun bu gün Topaz Premyer Liqanın 23-cü turunda AZAL-la oyunu buraxmasının səbəbi bəlli olub.

Qol.az-ın xəbərinə görə, matçdan sonra jurnalistlərə açıqlama verən yarımmüdafiəçi bildirib ki, dizində ağrılar olduğu üçün bu görüşü buraxıb: “Topa zərbə vurarkən ağrı hiss edirdim. Ona görə meydana çıxa bilmədim”.

O, millimizin Almaniya ilə DÇ-2018-nin martın 26-da keçiriləcək görüşündə iştirak edib-etməyəcəyinə də toxunub. C.Hüseynov 2 gündən sonra məşqlərə başlayacağını və baş məşqçinin şans verəcəyi təqdirdə oynaya biləcəyini söyləyib.

 





19.03.2017    çap et  çap et