Qol.Az

“Qarabağ”ın xal itirməsinə ümid etməliyik” - Qriqorçuk


 

“Qarabağ”ın xal itirməsinə ümid etməliyik” - <b style="color:red">Qriqorçuk</b>

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqanın 23-cü turunun AZAL-a qarşı oyunundan sonra mətbuat konfransı keçirib.


Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, Roman Qriqorçuk görüşlə bağlı bunları deyib:

- Komandamın oyunundan ümumi götürsək razıyam. Təbii ki, xal itkisinə görə məyusam. Bu gün yaxşı oynadıq. Yaxaladığımız qol epizodlarını boşa verdik. Oyundan sonra futbolçularıma da dedim ki, bəxtimiz gətirmədi. Onlar başlarını dik tutmalıdırlar. Artıq bu görüşü unudub, növbəti matçlara hazırlaşmalıyıq.

- “Qarabağ”ın “Zirə” ilə oyunda xal itirəcəyinə inanırsınız?

- Bu haqda düşünmək istəmirəm. İndiki halda “Qarabağ”ın xal itirməsinə ümid etməliyik. Bu, mümkündür. Eləcə də özümüz “Qarabağ”a qalib gəlməliyik. Biz məhz bunlar haqda düşünməliyik. İlk növbədə özümüz üzərimizə düşəni etməliyik. Oyunlara düzgün hazırlaşmalıyıq.

- Son 2 turda çempionatın həlledici mərhələsində komandanız vacib xallar itirir. Bəlkə “Qəbələ” çempionluğa hazır deyil?

- Bu suala çempionat başa çatdıqdan sonra dəqiq cavab vermək olar. Qarşıda hələ 5 oyun var. 15 xal toplamaq mümkündür. Aydın məsələdir ki, qarşıdakı oyunlara çox ciddi hazırlaşmalıyıq.

- Bəzən Ukrayna mətbuatında sizin vətəninizdən təklif aldığınız barədə xəbərlər yayılır. Bəziləri isə bunun düşünülmüş olması barədə fikir səsləndirir. Bu söhbətlərə birdəfəlik son qoymaq üçün nəsə deyə bilərsiz?

- Belə suallara cavab vermək istəmirəm. Mənim cavabım standartdır - şərhsiz. Həm də mən “Qəbələ”nin indi çətin vəziyyətdə olduğunu düşünmürəm.

 





19.03.2017    çap et  çap et