Qol.Az

4 min rüşvət verib sürücülük vəsiqəsi aldı - məhkəmə cəzalandırdı


 

4 min rüşvət verib sürücülük vəsiqəsi aldı - <b style="color:red">məhkəmə cəzalandırdı</b>

“Real”ın futbolçusu Fabio Koentrao vətəni Portuqaliyada keçirilən məhkəmə prosesində sürücülük vəsiqəsi almaq üçün 4 min avro rüşvət verdiyini etiraf edib.

Qol.az-ın “O Jogo” nəşrinə istinadən yaydığı xəbərə görə, 2012-ci ildə imtahanı keçirən şəxslərdən biri əl jestləri ilə düzgün cavablara işarə vurub. Futbolçu bildirib ki, vaxtı az olduğundan cavabların yalnız yarısını bilirmiş. Buna görə də sürücülük vəsiqəsi almaq üçün rüşvət verib.

Məhkəmə rüşvət verdiyi üçün futbolçunu təqsirli bilib və onu 3 min avro məbləğində cərimələyib. Bu pulu Koentrao xeyriyyə fondlarından birinə keçirməlidir.

 





19.03.2017    çap et  çap et