Qol.Az

İbrahimoviç şərti açıqladı - ən yüksək maaş istəyir


 

İbrahimoviç şərti açıqladı - <b style="color:red">ən yüksək maaş istəyir</b>

Əgər Zlatan İbrahimoviçin maaşı Ueyn Runi və Pol Poqbanın gəliri səviyyəsinə çatdırılsa, o zaman isveçli hücumçu növbəti mövsüm “Mançester Yunayted”də qalacaq.

Qol.az-ın xəbərinə görə, bu haqda İngiltərənin “The Sun” qəzeti məlumat yayıb.

Qeyd edək ki, hazırda Runi və Poqba həftəyə 300 min funt (təqribən 345 min avro), İbrahimoviç isə 260 min funt (300 min avroya yaxın) qazanır.

Əgər isveçli hücumçunun şərti yerinə yetirilsə, qüvvədə olan müqavilə daha bir il müddətinə uzadılacaq.

Xatırladaq ki, İbrahimoviç “Mançester Yunayted”ə bu mövsümün əvvəli keçib. O, yeni komandasında 25 matçda 15 qol vurub və 4 qolun ötürməsini edib.

 





19.03.2017    çap et  çap et