Qol.Az

“Mən "Mançester Siti"yə titul vəd etməmişəm” – Qvardiola


 

“Mən "Mançester Siti"yə titul vəd etməmişəm” – <b style="color:red">Qvardiola</b>

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının Çempionlar Liqasından erkən vidalaşmasına görə məsuliyyəti öz üzərinə götürüb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: “Komandanın məşqçisi mənəm və Monakodakı uğursuzluğun səbəbkarı birinci özüməm”.

Bununla belə, Qvardiola bəyan edib ki, o, heç vaxt “Mançester Siti”də titul qazanacağını vəd etməyib: “Bunu kim deyirsə, səhv edir. Heç vaxt deməmişəm ki, burada iki ya daha çox titul qazanacağam. Mən heç kimə belə bir vəd verməmişəm. Mən eyni zamanda “Barselona”da işləyəndə də belə fikirlər səsləndirməmişəm. Sadəcə, çox işləyəcəyimi demişəm və hazırda da bunu edirəm”.

Xatırladaq ki, ÇL-in 1/8 final mərhələsində “Mançester Siti” “Monako”ya iki oyununun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb.

 





19.03.2017    çap et  çap et