Qol.Az

Quarejma Avroliqanın ən yaxşı oyunçusu seçildi


 

Quarejma Avroliqanın ən yaxşı oyunçusu seçildi

UEFA Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusunun adını elan edib.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Beşiktaş"ın yarımmüdafiəçisi Rikerdo Quarejma ən yaxşı oyunçu seçilib. O, səslərin 59 faizini toplayıb. Digər namizədlər Kasper Dolberq ("Ayaks") 25 faiz, Xuan Mata ("Mançester Yunayted") 14 faiz, Daniel  De Rossi ("Roma") 3 faiz səs yığıblar.

Qeyd edək ki, R.Quarejma  Avropa Liqasının 1/8 finalında "Olimpiakos"la cavab oyununda 1 qol ötürməsi verib.

 





17.03.2017    çap et  çap et