Qol.Az

"Avroliqanın qalibi olmaq istəyirik" - Şenol Günəş


 

"Avroliqanın qalibi olmaq istəyirik"  - <b style="color:red">Şenol Günəş</b>

"Hesabda 2:0 önə keçdik. Ardınca asan qol buraxdıq. Birinci hissənin sonuna yaxın 10 nəfərlə qaldıq. Bununla da çətin vəziyyətə düşdük. Buna baxmayaraq, ikinci hissədə yaxşı oynadıq".

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş Avropa Liqasının 1/8 finalında "Olimpiakos"a 4:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri oyundan sonra deyib.

"Azarkeşlərin bizə möhtəşəm dəstəyi var idi. Türkiyə üçün, "Beşiktaş" üçün oynadıq. Qələbə qazanaraq həm 1/4 finala yüksəldik, həm də ölkəmizə xal qazandırdıq. Oyunçularıma, azarkeşlər təşəkkür edirəm".

O, Avroliqanın qalibi olmaq istədiklərini bildirib: "Addım-addım irəliləyirik. Bundan sonrakı turda ən yaxşı oyunumuzu nümayiş etdirəcəyimizi düşünürəm. Nəticənin necə olacağını bilmirəm. Rəqibin kim olacağı da önəmli deyil. Ən güclü rəqib də olsa, yaxşı oymayıb növbəti mərhələyə yüksəlməliyik. Düzdür, əsas hədəfimiz ölkə çempionu olmaqdır. Ancaq Avroliqanın qalib olsaq, ölkə çempionu olmasaq da, olar".

Ş.Günəş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın matçdan sonra onu və futbolçuları təbrik etdiyini söyləyib.

 





17.03.2017    çap et  çap et