Qol.Az

"Neftçi" özbəklərə uduzdu


 

"Neftçi" özbəklərə uduzdu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın xəbərinə görə,  Elxan Abdullayevin komandası  Özbəkistanın "Nasaf" klubu ilə qarşılaşıb. Oyun özbəklərin qələbəsi ilə başa çatıb – 1:0.

Qeyd edək ki, "Neftçi” ilk yoxlama matçında Türkiyənin "Sivasspor" klubu ilə qolsuz heç-heçə etmişdi.
 





11.01.2017    çap et  çap et