Qol.Az

50 yaşlı futbolçudan yeni müqavilə


 

50 yaşlı futbolçudan yeni müqavilə

Yaponiya millisinin sabiq üzvü Kazuyoşi Miura futboldan getməyi düşünmür.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  50 yaşlı hücumçu  "Yokohama" klubu ilə yeni müqavilə imzalayıb. O, daha bir il Yaponiyanın II liqa klubunda çıxış edəcək.

Qeyd edək ki, Kazuyoşi Miura karyerası ərzində “Yuventus”, "Santos", "Palmeyras", "Koritiba", "Cenoa" və "Dinamo" (Zaqreb) kimi komandalarda oynayıb. O, Yaponiya millisinin heyətində 89 oyuna 55 qol vurub.

 





11.01.2017    çap et  çap et