Qol.Az

"Antalya toplanışı Şeydayev üçün uğursuz oldu"


 

"Antalya toplanışı Şeydayev üçün uğursuz oldu"

Millimizin futbolçusu Ramil Şeydayev zədələnib.

Qol.az-ın “Fanatik” qəzetinə istinadən yaydığı xəbərə görə, klubu “Trabzonspor”un yanvarın 2-si Antalyada başlayan hazırlığının ilk günlərində yüngül zədə alan 20 yaşlı hücumçu sonradan müalicə olunub. Bundan sonra o, ümumi məşqlərdən kənarda qalıb. Fərdi qaydada hazırlıq keçən futbolçumuz  fitnes zalında isə komandasıyla birgə məşq edib.

“Fanatik” qəzetinin hazırlıq prosesini izləyən müxbiri yazıb ki, başa çatan bu təlim-məşq toplanışı Şeydayev üçün uğursuz olub.

 





11.01.2017    çap et  çap et