Qol.Az

Jan-Pyer Papen "Oser"də


 

Jan-Pyer Papen "Oser"də

Fransa millisinin sabiq hücumçusu və 1991-ci ildə "Qızıl top"u qazanan Jan-Pyer Papen ölkəsinin ikinci divizion təmsilçisi "Oser"i çalışdıracaq.

Qol.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, o, klubda həm baş məşqçi, həm də idman direktoru vəzifəsində işləyəcək.

Qeyd edək ki, "Oser" hazırda Fransa ikinci divizionunda  16 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Əlavə edək ki, Jan-Pyer Papen bundan əvvəl "Strasbur", "Lans" və "Şatoru" klublarının məşqçisi olub.

 





11.01.2017    çap et  çap et