Qol.Az

“Bakı”nın Jabası yeni klubda


 

“Bakı”nın Jabası yeni klubda

“Bakı” klubunun lider futbolçularından olmuş  Jaba özünə yeni komanda tapıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, həvəskarlar liqasında yarışan “Gebzespor”la razılığa gəlib.

Qeyd edək ki, 35 yaşlı braziliyalı hücumçu son olaraq “Bakı”da klubun ağır dönəmində - 2014/15 mövsümündə çıxış edib. Bundan sonra o, Türkiyəyə qayıdaraq əvvəlcə “Kuşadasıspor”, sonra isə “Kurtuşluşspor”da çıxış edib. O, son iki iki klubda keçirdiyi ümumən 33 oyunda 25 qol vurub.

 





11.01.2017    çap et  çap et