Qol.Az

"Futbol Avropa və Cənubi Amerikadan ibarət deyil” – FİFA prezidenti


 

"Futbol Avropa və Cənubi Amerikadan ibarət deyil” – <b style="color:red">FİFA prezidenti</b>

FİFA prezidenti Canni İnfantino 2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatının final mərhələlərində iştirakçı komandaların sayının 32-dən 48-ə qaldırmaları ilə bağlı verdikləri qərara münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, BBC-yə müsahibəsində o deyib: "Biz 21-ci əsrin dünya çempionatını formalaşdırmalıyıq. Futbol təkcə Avropa və Cənubi Amerikadan ibarət deyil. O, daha qlobaldır". O əlavə edib ki, verdikləri qərarın pulla əlaqəsi yoxdur: “Əksinə, bu, sırf futbolun daha da inkişafına xidmət edir. Bu, tarixi qərardır. Hesab edirəm ki, oyunların keyfiyyəti arta bilər. Bir çox ölkənin bu yarışda iştirak etmək imkanı yaranacaq. Ona görə də onlar elit komandalarla oyunda var gücləri ilə oynayacaqlar”.

C.İnfantino klubların narazılığına da toxunub: “Onların narahatlığı təqvim və futbolçuların yükünün artacağı ilə əlaqədar idi. Biz klubların tələblərini yerinə yetirdik. Turnir 32 gün keçiriləcək və bir komanda ən uzağı 7 oyun keçirəcək”.

Qeyd edək ki, yarışda 48 komanda hər biri 3 komanda olmaqla 16 qrupa bölünəcək. Hər qrupda 2 komanda 1/16 finala vəsiqə qazanacaq. Oyunların ümumi sayı 64-dən 80-nə qalxacaq. Turnir 32 gün davam edəcək.

 





11.01.2017    çap et  çap et