Qol.Az

Li Liqa FİFA-nın qərarına qarşı


 

Li Liqa FİFA-nın qərarına qarşı

İspaniya Peşəkar Futbol Liqası FİFA-nın DÇ-nin final mərhələsində iştrak edəcək komandaların sayının 32-dən 48-ə qaldırılmasına etiraz edib.

Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, qərarın ləğvi ilə əlaqədar Barselona və Nyon məhkəmələrinə şikayət ediləcək.

Liqanın prezidenti Xavyer Tebas bu niyyətlərini şəxsən FİFA prezidenti Canni İnfantinoya çatdırıb.

Bundan öncə Tebas İnfantinonun iş üslubunu tənqid edib. O bildirib ki, DÇ-də iştirakçı komandaların sayını artırmaq istəyərkən milli liqaların maraqları nəzərə alınmayıb.

 





11.01.2017    çap et  çap et