Qol.Az

“Dünya çempionatının axırına çıxmaq istəyirlər” – Foqts


 

“Dünya çempionatının axırına çıxmaq istəyirlər” – <b style="color:red">Foqts</b>

Millimizin sabiq baş məşqçisi Berti Foqts FİFA-nın 2026-cı ildən başlayaraq futbol üzrə dünya çempionatının final mərhələlərində iştirakı komandaların sayının 48-ə qaldırmasına münasibət bildirib.

Qol.az-ın "Kicker"ə istinadən yaydığı xəbərə görə, o, bu qərardan narazılığını ifadə edib:

"Bu, inanılmaz, dəhşətli qərardır. Qərarı eşidəndə şoka düşdüm. Dünya çempionatlarının axırına çıxmaq istəyirlərsə, elə bu yolla da getməlidirlər. Qərarı anlaya bilmirəm. Bu, artıq mənim mundialım deyil".

Qeyd edək ki, dünən FİFA Şurası DÇ-2026-nın final mərhələsindən başlayaraq komandaların sayının 32-dən 48-ə qaldırılması ilə bağlı  qərar qəbul edib.

 





11.01.2017    çap et  çap et