Qol.Az

“Qəbələ”nin sabiq hücumçusu “Anji”də


 

“Qəbələ”nin sabiq hücumçusu “Anji”də

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonov karyerasını Rusiyada davam etdirə bilər.

Qol.az-ın “Sovetski sport”a istinadən yaydığı xəbərə görə, o, yaxın günlərdə Premyer Liqada yarışan “Anji”nin düşərgəsinə qatılacaq. Burada baxışda olacaq Ukrayna millisinin eks hücumçusu ümidləri doğruldacağı təqdirdə klubla müqavilə bağlayacaq.

Xatırladaq ki, “Qəbələ” Aleksey Antonovla yolları bu mövsümün əvvəli ayırıb. Azərbaycandan getdikdən sonra o, formasını saxlamaq üçün “Dnepr”də məşq edirdi.

 





11.01.2017    çap et  çap et