Qol.Az

Prosineçki Antalyaya gedir - o futbolçunu izləmək üçün


 

Prosineçki Antalyaya gedir - <b style="color:red">o futbolçunu izləmək üçün</b>

Millimizin baş məşqçisi Robert Prosineçki hazırda U-21 millimizin düşərgəsində olan "Feyenoord"un futbolçsu Ozan Kökcünün oyununu izləyəcək.

Qol.az-ın xəbərinə görə, bu barədə  Türkiyə mətbuatın məlumat yayıb. Xorvatiyalı mütəxəssisin 18 yaşlı oyunçunu izləmək üçün yanvarın 13-ü Türkiyəyə gedəcəyi bildirilib.

Xəbərdə o da qeyd olunub ki, Türkiyə millisinin baş məşqçisi Fatih Terim də gənc oyunçu ilə maraqlanır.

O.Kökcünün atası Halis Kökcü bildirib ki,  O.Kökcü və digər oğlu  Orkun Kokcu  Türkiyə millisində oynamaq istəyirlər:

"Uşaqlarımın ürəyi Türkiyədən yanadır. Onların tək arzusu bu formanı şərəflə geyinməkdir. Avropadakı hansı türk uşağından soruşursunuzsa, soruşun. Ən böyük şərəf o formanı daşımaqdır".

Qeyd edək ki, U-21 millimizin Antalyadakı təlim-məşq toplanışına Ozan Can Kökcü də dəvət olunub.

 U-21 yığması yanvarın 12-də Almaniyanın "Rot Vays Erfurt", yanvarın 14-də isə Qazaxıstanın "Okjetpes” komandası ilə qarşılaşacaq.

 





10.01.2017    çap et  çap et