Qol.Az

“Qarabağ”dan Reynaldo açıqlaması - Gedir, yoxsa qalır?


 

“Qarabağ”dan Reynaldo açıqlaması - <b style="color:red">Gedir, yoxsa qalır?</b>

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl futbolçuları Reynaldo Silvaya Türkiyə superliqasında yarışan “Gənclərbirliyi” klubunun təklif göndərməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.az saytına açıqlamasında o deyib ki, bununla bağlı kluba rəsmi şəkildə müraciət daxil olmayıb. O qeyd edib ki, belə danışıqlar əgər varsa belə, bu, klublar deyil, menecerlər səviyyəsində aparılır.

“Ortada rəsmi bir şey olmadığı üçün bizim məsələyə hansısa münasibət bildirməyimiz doğru olmazdı” – deyə Ə.Çəlikəl bildirib.

 





10.01.2017    çap et  çap et