Qol.Az

Robert Prosineçki və Rəşad Sadıqov kimlərə səs verib?


 

Robert Prosineçki və Rəşad Sadıqov kimlərə səs verib?

FİFA-nın təşkil etdiyi 2016-cı ildə dünyanın ən yaxşı futbolçusu və məşqçisi seçimində Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi bəlli olub.

Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin baş məşqçisi Robert Prosineçki səslərini müvafiq ardıcıllıqla Lionel Messi (Argentina, "Barselona"), Kriştiano Ronaldo (Portuqaliya, "Real"), Antuan Qrizmanna (Fransa, "Atletiko") verib.

Milimizin kapitanı  Rəşad Sadıqov "The Best"ə Kriştiano Ronaldonu layiq görüb. O, ikinci yerdə Lionel Messini, üçüncü yerdə isə Antuan Qrizmannı göstərib.

R.Prosineçki ən yaxşı baş məşqçi seçimində Fernandu Santuşu (Portuqaliya) birinci, Luis Enrikeni ("Barselona) ikinci , Pep Qvardiolanı ("Bavariya"/"Mançester Siti") üçüncü yerə layiq görüb.

R.Sadıqov da R.Prosineçki kimi ən çox səsi Fernandu Santuşa verib. Millimizin kapitanı  Zinəddin Zidanı ikinci , Yürgen Klopp ("Borussiya"/"Liverpul") üçüncü yerdə göstərib.

 





10.01.2017    çap et  çap et