Qol.Az

Messi FİFA-nın mükafatlandırmasına getmir


 

Messi FİFA-nın mükafatlandırmasına getmir

“Barselona”nın hücumçusu Lionel Messi bu gün FİFA-nın 2016-cı ilin yekunlarına həsr olunan mükafatlandırma mərasimində iştirak etməyəcək.

Qol.az-ın xəbərinə görə, bu haqda İspaniya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, argentinalı oyunçu ilin ən yaxşı futbolçusu adına üç namizəddən biridir. Messi ilə yanaşı digər “Barselona”lılar – mərasimə dəvət alan Jerar Pike, Andres İnyesta və Luis Suares də tədbirə qatılmayacaq.

Klubdan bildirilib ki, onların mərasimə getməməsinin səbəbi yanvarın 11-də ölkə kubokunda "Atletik"ə qarşı keçiriləcək oyuna hazırlıqla əlaqədardır.

Əlavə edək ki, 2016-cı ildən başlayaraq “France football” nəşri ilin futboluçuna “Qızıl top”, FİFA isə öz mükafatını verir.

“France football”un sorğusunda Kriştiano Ronaldo birinci olub.  FİFA-nın versiyasına görə isə qalib adına üç namizəd var: Ronaldo, Messi və Antuan Qrizmann.

 





09.01.2017    çap et  çap et