Qol.Az

Milyonlar havaya necə sovruldu? - Kərimovun uğursuz "Anji" layihəsi


 

Milyonlar havaya necə sovruldu? - <b style="color:red">Kərimovun uğursuz "Anji" layihəsi</b>

2016-cı ilin dekabrın 28-də məşhur dağıştanlı iş adamı, "Nafta Moskva"nın prezidenti Süleyman Kərimov “Anji”dəki səhmlərini başqa bir iş adamı Osman Kadıyevə satdı. Bununla da Kərimovun Mahaçqala klubundakı rəhbərliyi başa çatdı.

Qol.az-ın xəbərinə görə, Süleyman Kərimov “Anji”ni 2011-ci ildə almışdı. Bundan sonra o, nəinki Rusiyada, bütün Avropada, dünya futbolunda səs-küy salan transferlər gerçəkləşdirdi. Klubun yeni sahibi Osman Kadıyev bugünlərdə Rusiya mətbuatına müsahibəsində bildirib ki, “Anji”nin sahibi olduğu 6 ilə yaxən müddətdə Kərimov 1 milyard dollardan artıq pul xərcləyib!

Bəs nəticə nə olub? Heç nə, sıfır!

Amma görün Kərimov “Anji”yə gələndə nələr etmişdi... Ardıcıllığa diqqət edin.

* 18 yanvar 2011-ci ildə “Anji” Süleyman Kərimovun klubun səhmlərini aldığını elan edir.

* 2011-ci ilin fevralında “Anji” ilk superulduzu – Roberto Karlosu alır. Braziliyalı Rusiya çempionatında çıxış edəcək ilk dünya çempionu olur. Həmin ilin yayında Dağıstana başqa bir ulduz futbolçu gəlir: Samuel Eto’О.



Roberto Karlos


* 2013-cü ildə “Anji” Qus Hiddinkin rəhbərliyi altında tarixinin ən böyük uğurunu – Rusiya çempionatının bürünc medalını qazanır və ölkə kubokunun finalına çıxır.

* Həmin ilin yanvarında “Anji” klub tarixinin ən bahalı transferini həyata keçirir. Villian 35 milyon avroya “Şaxtyor”dan alınır.

* 2013-cü ilin yayında məlum olur ki, Süleyman Kərimov 3 il ərzində “Anji”yə 450 milyon avrodan çox pul xərcləyib.

* 2013-cü ilin avqustunda Kərimov uğursuz transfer siyasətinə son qoyur. Ciddi uğur qazana bilmədiklərini görən iş adamı “Anji”nin demək olar ki, bütün əsas heyətini satır. Elə həmin il Mahaçqala komandası Premyer Liqanı tərk edərək aşağı liqaya düşür.

* “Anji”nin sahibi olduğu dövrdə Süleyman Kərimov Rusiyanın ən varlı iş adamlarının siyahısında (“Forbes”in versiyasına əsasən) mövqeyini düz 30 pillə itirir. 

* Nəhayət, 28 dekabr, 2016-cı ildə “Anji”nin sahibliyi Süleyman Kərimovdan “Qrandeko” şirkəti və Osman Kadiyevə keçir.

Osman Kadiyev: “Süleyman Kərimov 6 il ərzində 1 milyard 400 milyon dollar məbləğində şəxsi vəsaitini “Anji”yə xərclədi. Geniş mənada isə heç bir nəticə qazanılmadı. Hesab edirəm ki, bütün bu illər ərzində klubda Kərimovu sadəcə aldadıblar. Ən sonda o, qəzəbləndi və klubu tərk etdi”.

 





09.01.2017    çap et  çap et