Qol.Az

Prosineçkinin 2016 üçün "qızıl 11"liyi


 

Prosineçkinin 2016 üçün "qızıl 11"liyi

Millimizin baş məşqçisi Robert Prosineçki öz versiyasına əsasən, 2016-cı ilin rəmzi komandasını elan edib.

Qol.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəsində "Novu TV"yə açıqlamasında bununla bağlı bildirib.

R.Prosineçkinin versiyasına əsasən, rəmzi komandada aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Yan Oblak (Sloveniya, "Atletiko")

Müdafiəçilər: Serxio Ramos (İspaniya, "Real"), Jerar Pike (İspaniya, "Barselona"), Hektor Bellerin (İspaniya, "Arsenal"), Marselo (Braziliya, "Real")

Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, "Real"), Andres İnyesta (İspaniya, "Barselona"), Dimitri Paye (Fransa, "Vest Hem")

Hücumçular: Lionel Messi (Argentina, "Barselona"), Antuan Qrizmann (Fransa, "Atletiko"), Kriştiano Ronaldo (Portuqaliya, "Real")

 





09.01.2017    çap et  çap et