Qol.Az

Enrike Rakitiçi “18”liyə salmadı


 

Enrike Rakitiçi “18”liyə salmadı

“Barselona”nın baş məşqçisi Luis Enrike İvan Rakitiçi “Vilyarreal”la bu gün keçiriləcək 17-ci turunun oyunu üçün heyətə daxil etməyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, matça gedən 18 futbolçu arasında xorvatiyalı oyunçunun adı yoxdur.

Qeyd edək ki, Rakitiç son olaraq dekabrın 3-də “Real”la matçda (60 dəqiqə) meydanda olub.

Ümumilikdə, “Vilyarreal”la oyuna aşağıda adları qeyd edilən 18 futbolçu aparılıb:

Ter Ştegen, Masip, Pike, Serxio, Denis Suares, Arda, İnyesta, Luis Suares, Messi, Neymar, Rafinya, Maskerano, Pako, Jordi Alba, Din Lyuka, Serxi Roberto, Andre Gomeş, Umtiti.

 





08.01.2017    çap et  çap et