Qol.Az

Sneyder Çin klublarına şərt qoydu – 15 milyon avro


 

Sneyder Çin klublarına şərt qoydu – <b style="color:red"> 15 milyon avro</b>

Son zamanlar adı Çin klubları ilə hallanan “Qalatasaray”ın futbolçusu Uesli Sneyder məsələyə münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi Çin klubuna müəyyən şərtlərlə keçə biləcəyini deyib:

“Çin klublarına keçməyim üçün gərək mənə çox böyük məbləğ təklif etsinlər. Məsələn, ildə 15 milyon avro versələr, 3 illik müqavilə bağlamağa razılaşaram”.

Qeyd edək ki, 32 yaşlı futbolçu “Qalatasaray”da ilinə 5 milyon avro qazanır. Onun təzminat qiyməti isə 7.5 milyon avrodur.

 





07.01.2017    çap et  çap et