Qol.Az

Premyer Liqamızda 2 oyunun vaxtı dəyişdirildi


 

Premyer Liqamızda 2 oyunun vaxtı dəyişdirildi

Topaz Premyer Liqasının 14-cü turunda keçiriləcək iki oyunun vaxtı dəyişdirilib.

Qol.az-ın məlumatına görə, buna “Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klublarının Peşəkar Futbol Liqasına müraciət etməsi səbəb olub.

Adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə  Topaz Premyer Liqasının XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətiriblər.
 
Klublar  dekabrın 16-da baş tutmalı olan “Sumqayıt” – “Zirə” və “Neftçi” – AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər. Bütün bunları nəzərə alan PFL XIV turun həmin iki matçının dekabrın 17-də oynanılmasına razılıq verib.

 





12.12.2016    çap et  çap et