Qol.Az

"10 nəfərlə oynamaq çətin idi" - Svanadze


 

"10 nəfərlə oynamaq çətin idi" - <b style="color:red">Svanadze</b>

"Qələbəyə çox yaxın idik. Son dəqiqələrdə kiçik səhvlə qələbəni əldən verdik. İlk hissədə yaxşı oynadıq".

Qol.az-ın məlumatına görə, bunu Bakı "İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 13-cü turunda səfərdə "Zirə" ilə oyundan (1:1) sonra deyib.

Gürcüstanlı mütəxəssis bunları bildirib:

"Skarlatakenin meydandan qovulmasından sonra bir az müdafiəyə oturduq. Adi ötürmələrdə səhvə yol verdik. 10 nəfərlə oynamaq çətin idi. Mürəkkəb oyun alındı. Qarşıya baxmalı və növbəti oyuna hazırlaşmağa başlayacağıq. Artıq "Zirə" ilə ikinci oyunda son dəqiqələrdə qol buraxırıq. Bunu diqqətsizliklə əlaqələndirərdim".

Z.Svanadze növbəti tur "Qarabağ"la keçiriləcək oyun haqda da fikirlərini bildirib:

"Bugünkü nəticə motivasiya baxımından "Qarabağ"la oyuna təsir etməyəcək. Bununla bağlı problemimiz yoxdur. Ancaq oyunun necə gedəcəyi ilə bağlı nəsə deyə bilmərəm. Növbəti turda Skarlatake olmayacaq. Tərlan son zamanlar yaxşı oynayır. Ancaq öz mövqeyində oynasa, daha yaxşı olar. Artıq fikrimdə onu əvəzləyəcək futbolçu var".

 





28.11.2016    çap et  çap et