Qol.Az

Samir Abasov: “Dördüncü yer barədə düşünmürük”


 

Samir Abasov: “Dördüncü yer barədə düşünmürük”

“İlk dəqiqələrdən niyyətimiz bəlli idi. Oyun da göstərdi ki, məqsədimiz yalnız qələbədir”. Qol.az-ın futbolxeber.az-a istinadən yaydığı məlumata görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi” ilə oyundan sonra deyib.

Topaz Premyer Liqasının 12-ci turunda “Sumqayıt” öz meydanında “Neftçi”ni məğlub edib - 2:0.

Oyunsonrası mətbuat konfransında Abasov komandasından razılığını ifadə edib: “Sevindirici haldır ki, qol vurandan sonra müdafiəyə oturmadıq. Hücumlarımızı davam etdirdik. Buna görə də ikinci qolu da vurduq. Hesab arasındakı fərq böyük ola bilərdi. Uşaqlara halal olsun. Bütün güclərini meydanda qoydular”.

“Sumqayıt”ın çalışdırıcısı komandasının təcrübə baxımından axsadığını bildirib: “Sabitlik olmaq üçün müəyyən dəyişiklik etməliyik. Vaxta da ehtiyacımız var. Heyətimizdəki təcrübəli futbolçuların oyun praktikası kifayət qədərdir. Təcrübə baxımından bir qədər axsayırıq”

Abasov komandasının futbolçularının milliyə dəvət olunması ilə bağlı sualı da cavablandırıb: “Mən istərdim ki, 11 futbolçumun hamısı millidə oynasın. Amma mənim istəyimlə heç nə dəyişmir. Sevindirici haldır ki, millinin məşqçiləri daim oyunlarımızı izləyirlər. Futbolçularımıza da daim deyirəm ki, bu sizin üçün şansdır”.

Abasov komandasının dördüncü yeri tutmasını heç də asan olmayacağını bildirib: “Hər oyunu qələbə üçün çıxırıq. Hələ ki, 4-cü yer barədə düşünmürük. Çünki bu mövqe bizim üçün əlçatmaz kimi görünür. “Zirə” ilə aramızda xal fərqi az olsa da, rəqib çox güclüdür”.

 





20.11.2016    çap et  çap et