Qol.Az

"İnter"dən qələbə, "Neftçi"nin 9-cu məğlubiyyəti


 

"İnter"dən qələbə, "Neftçi"nin 9-cu məğlubiyyəti

Bu gün Topaz Premyer Liqada 12-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, növbəti oyun günündə 2 görüş keçirilib. Günün ilk matçı Sumqayıtda oynanılıb. Şəhərin eyniadlı komandası "Neftçi" ilə görüşüb və 2:0 hesabı ilə qalib gəlib. Bununla da “Sumqayıt” “Kəpəz”i qabaqlayaraq turnir cədvəlində 5-ci pilləyə yüksəlib.

“Neftçi” isə 12 oyundan 9-cu məğlubiyyətini alıb.

Turun son oyunda "İnter" autsayder AZAL-ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.



20 noyabr (bazar)


16:00.“İnter” – AZAL - 3:0
Qol:
Ruslan Abışov, 22-pen., İlkin Qırtımov, 56, Slavik Alxasov, 65
Qırmızı vərəqə: Brayn Fok (AZAL), 69 
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
“İnter Arena”


14:00.“Sumqayıt” – “Neftçi” - 2:0
Qol:
Amit Quluzadə, 3, Mirabdulla Abbasov, 75
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ramil Diniyev
“Kapital Bank Arena”


19 noyabr

18:00.“Qarabağ” – “Kəpəz” - 1:0
Qol:
Dino Ndlovu, 17

15:00.“Qəbələ” – “Zirə” - 1:0
Qol:
Filip Ozobiç, 52


Turnir cədvəli


N Klublar O Q H M T-F X
1 Qəbələ 12 8 4 0 27-4 28
2 Qarabağ 12 9 1 2 24-5 28
3 İnter 12 6 5 1 20-11 23
4 Zirə 12 4 2 6 10-13 14
5 Sumqayıt 12 3 4 5 11-17 13
6 Kəpəz 12 2 6 4 7-11 12
7 Neftçi 12 3 0 9 9-27 9
8 AZAL 12 0 4 8 4-24 4


Bombardir: Baqali Dabo ("Qəbələ") - 7 qol

 





20.11.2016    çap et  çap et