Qol.Az

“Oyundan razı qalmadım” – Qurban Qurbanov


 

“Oyundan razı qalmadım” – <b style="color:red">Qurban Qurbanov</b>

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov buu gün Topaz Premyer Liqanın 12-ci turunda “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, oyundan sonra “CBC Sport”a açıqlama verən Q.Qurbanov bildirib ki, çətin oyun olub: “Oyundan razı qalmadım. Bu da başadüşüləndi. Çünko milli komandaların oyunlarına görə komanda 15 gündür bir yerdə yox idi. Bu qədər fasilədən sonra komanda öz oyun ritmindən uzaqlaşır. “Kəpəz” yaxşı oyun göstərdi. İlk hissıdə hər şey düşündüyümüz kimi alındı. Vacib qələbə qazandıq. Xal da itirə bilədik. Futbolçuların hər birini başa düşürəm. Qarşıdakı oyuna qədər hər şeyi yoluna qoyacagıq”.

O, oyunda yeganə qolun müəllifi Dino Ndlovu ilə bağlı da fikirlərini açıqlayıb: “Dino öz üzərində çalışan futbolçudur. Oyundan oyuna meydanda futbolçularla yaxşı anlaşır. Amma ümumən mən daha yaxşı Ndlovu görmək istəyirəm”.

 





19.11.2016    çap et  çap et